Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kamran Əliyev Britaniya səfiri ilə görüşüb

Avqustun 10-da Baş prokuror Kamran Əliyev Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb.

Baş Prokurorluqdan verilən məlumata görə, qonağı salamlayan Baş prokuror ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib.
Kamran Əliyev ölkəmizdə diplomatik missiyasını başa vuran səfir Ceyms Şarpa səmərəli fəaliyyətinə, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə Baş Prokurorluq tərəfindən təşkil edilmiş mətbuat konfransları və brifinqlərdə iştirak etdiyinə və ölkələrimizin hüquq mühafizə orqanları arasında konstruktiv əməkdaşlıq əlaqələrinin qurulmasında səylərinə görə təşəkkürünü bildirib.
Səmimi qəbula görə minnətdarlığını bildirən səfir ikitərəfli münasibətlərə toxunaraq Birləşmiş Krallığın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini qeyd edib. Səfir prokurorluq orqanlarında aparılan köklü islahatları insan haqlarının qorunması və qanunun aliliyinin təmin olunması prizmasından yüksək qiymətləndirib.
Daha sonra avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinin inzibati binasına radikal dini qruplaşma tərəfindən hücum edilməsi faktı ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən başlanmış cinayət işinin istintaqının Birləşmiş Krallığın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılmasının vacibliyi qeyd olunub.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə olunub.

10 Avqust 2022 21:10 - SİYASƏT
SİYASƏT
28 Sentyabr 2022 | 02:15
Bizim olan bizə qalacaq
28 Sentyabr 2022 | 01:48
2020-ci ilin bu günü...

Köhnə versiyamızdan xəbərləri izlə