Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınmışdır

Ədliyyə nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınmışdır.
Bu barədə "Xalq qəzeti"nə Xidmətin Mətbuat xidmətindən məlumat verilib.
Cinayət Məcəlləsinin 177.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Elmin Vilayət oğlu Cəfərova qardaşı Saatlı rayon sakini Elvin Vilayət oğlu Cəfərov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı gödəkçənin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş kağız bükülülərdə ümumi çəkisi 2,522 qram olan narkotik maddə - tiryək və ümumi çəkisi 0,766 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

10 Avqust 2022 17:30 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə