Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nizami rayonunda Məhsəti Gəncəvi küçəsi təmir edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nizami rayonunda Məhsəti Gəncəvi küçəsinin Rüstəm Rüstəmov küçəsindən Şirin Mirzəyev küçəsinədək olan hissəsi əsaslı təmir edilir.

Təmir olunan bu hissənin uzunluğu 420 metr, eni ortalama 8.5 metr təşkil edir.  

Aparılan təmir işləri çərçivəsində küçəboyu deformasiyaya uğramış asfalt-beton örtüyü frezlənib, zəruri olan yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkilərinin bərpa olunması, köhnə səki daşlarının yenilənməsi işləri görülüb. 

Hazırda əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin yeni baxış qapaqlarının və yağış barmaqlıqlarının bərpası da nəzərdə tutulur.

Sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Qeyd edək ki,cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6.25 km təşkil edən 9 küçə təmir edilir.

Agentlik tərəfindən 2021-ci ildə Nizami rayonu ərazisində ümumi uzunluğu 5.5 km təşkil edən 7 küçə təmir edilib.

10 Avqust 2022 19:12 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
28 Sentyabr 2022 | 00:23
Sizi kim unudar?!

Köhnə versiyamızdan xəbərləri izlə