Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Naftalanda işəgötürənlərlə əməkdaşlıq istiqamətləri müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən Naftalan Şəhər İcra Hakimiyyəti ilə birgə işəgötürənlərin iştirakı ilə dəyirmi masa təşkil olunub.

 Bu barədə "Xalq qəzeti"nə Agentliyin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə İcra Hakimiyyəti tərəfindən Naftalan şəhərində Ərazi Məşğulluq Proqramının icrası çərçivəsində görülmüş işlər, Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri ilə bağlı işəgötürənlərə məlumat verilib, mövcud imkanlar və əməkdaşlıq perspektivləri müzakirə edilib. 

Daha sonra işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydası, “İşəgötürənlə birgə işçilərin əmək haqqının maliyyələşdirilməsi” proqramı, peşə hazırlığının təşkili və digər məşğulluq tədbirləri barədə təqdimat edilib, işəgötürənlərin sualları cavablandırılıb.

Sonda yeni əməkaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

10 Avqust 2022 17:09 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
28 Sentyabr 2022 | 00:23
Sizi kim unudar?!

Köhnə versiyamızdan xəbərləri izlə