Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

II və III ixtisas qrupu abituriyentləri üçün "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" adlı kitabçalar nəşr olunub

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib.

Bu barədə "Xalq qəzeti"nə DİM-in Mətbuat xidmətindən məlumat verilib.

“Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar dərc edilib. 

Nəzərinizə çatdırırıq ki, I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün bu kitabçalar yaxın günlərdə (bu ixtisas qrupları üzrə imtahanın nəticəsi ilə bağlı apellyasiya prosesi başa çatdıqdan sonra) nəşr ediləcək.  

Kitabçaları "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür. 

Kitabçanın elektron versiyasını isə (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

10 Avqust 2022 14:47 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə