Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yasamal rayonunda daha bir küçədə təmir işləri icra olunub - VİDEO

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Yasamal rayonunda Zivərbəy Əhmədbəyov küçəsində təmir işləri icra olunub. 

Agentliyin Mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, küçənin uzunluğu 1000 metr, ortalama eni isə 15 metr təşkil edir. 

Aparılan işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Ardınca küçəboyu yeni asfalt-beton örtüyünün döşənməsi və zəruri yerlərdə mövcud piyada səkilərin bərpası işləri icra olunub.

Təmir işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri ilə təmin olunub. Yaxın günlərdə küçəboyu zəruri olan yerlərdə piyada zolaqlarının çəkilişi işi də icra olunacaq. 

Ardıcıllığa uyğun şəkildə təmir işləri rayon üzrə Tbilisi prospekti və Seyfəddin Dağlı küçəsində də aparılacaq.

Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Yasamal rayonunda ümumi uzunluğu 6 km təşkil edən 5 küçənin təmiri işləri icra olunur. Bu çərçivədə artıq II Alatavanın 2 km uzunluğa malik daxili yolları və 860 metr uzunluğunda olan Ələsgər Ələkbərov küçəsinin də təmiri yekunlaşıb.

Xatırladaq ki, 2021-ci ildə Yasamal rayonunda ümumi uzunluğu 3.5 km olan küçələrdə təmir işləri aparılıb. 

<p> 

10 Avqust 2022 14:30 - CƏMİYYƏT
CƏMİYYƏT
29 Sentyabr 2022 | 01:01
Oğul Vətən üçündür

Köhnə versiyamızdan xəbərləri izlə