Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

SABAH qruplarına müəllim seçimi davam edir

2022-2023-cü tədris ilində SABAH qruplarının müvafiq ixtisasları üzrə vakant yerlər üçün müsabiqə davam edir.

 Bu barədə "Xalq qəzeti"nə Elm və Təhsil Nazirliuyinin Mətbuat xidmətindən məlumat verilib.

Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.

Qeyd edilən tələblərə cavab verən namizədlər 13 avqust saat 00:00-dək müraciət formasını (https://docs.google.com/.../1TJeGYgjLapck3qMXnqJf.../edit...) doldurmalıdırlar.

Müvafiq fənnlər üzrə vakant yerlərin siyahısı müraciət formasına daxil edilib.

Qeyd edək ki, müsabiqə barədə ətraflı məlumatı linkə  (http://sabah.edu.az) daxil olaraq "Tədbirlər və elanlar" bölməsindən əldə edə bilərsiniz.

10 Avqust 2022 14:13 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə