Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mingəçevir şəhərində vətəndaşlar qəbul ediləcək

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli avqustun 19-da Mingəçevir şəhərində həmin şəhərin sakinlərini qəbul edəcək.

Bu barədə "Xalq qəzeti"nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qəbul zamanı vətəndaşların ƏƏSMN-in səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 10-16 avqust tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

10 Avqust 2022 14:59 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə