Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Abituriyent" jurnalının 4-cü nömrəsi çap edilib

Dövlət İmtahan Mərkəzi "Abituriyent" jurnalının 4-cü nömrəsini nəşr edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, jurnalın bu nömrəsində 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib.

Vəsaiti "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

10 Avqust 2022 10:19 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə