Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FTB agentləri Donald Trampın Mar-a-Laqodakı malikanəsində axtarış aparıblar

ABŞ Federal Təhqiqat Bürosunun agentləri sabiq prezident Donald Trampın Floridadakı Mar-a-Laqo malikanəsində axtarış aparıblar.

Bu barədə Donald Tramp “Truth Social” şəbəkəsində bildirib: “Aidiyyəti dövlət qurumları ilə aparılan iş və əməkdaşlıq fonunda evimdə bu gözlənilməz axtarış lazımi və məqsədəuyğun deyildi”.

Sabiq prezident baş verənləri onun 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakını istəməyən radikal sol demokratların hücumu hesab edir.

NewsNasion telekanalı 9 saat davam edən bu axtarışda Trampın üç vəkilinin də iştirak etdiyini bildirib.

Telekanalın məlumatına görə, FTB əməkdaşları sabiq prezidentin seyfindən götürülmüş sənədləri axtarır.

Qeyd edək ki, 2022-ci ilin yanvar ayında ABŞ Milli Arxiv və Sənədləşmə İdarəsi (NARA) Trampdan prezidentin ofisinin fəaliyyətinə dair Ağ Evdən götürülərək onun malikanəsinə aparılan 15 qutu sənədin qaytarılmasını tələb etmişdir. Fevral ayında NARA Ədliyyə Nazirliyinə müraciət edərək, sabiq ABŞ liderinin “məxfi” və “tamamilə məxfi” qrifli sənədlərlə davranışının yoxlanılmasını xahiş etmişdir. O zaman Donald Tramp bildirmişdi ki, məsələ ilə bağlı NARA ilə əlaqə saxlayır və sənədlər aparılarkən ABŞ qanunvericiliyinin bütün tələblərinə əməl olunmuşdur.

ABŞ mediası hazırkı axtarışın sənədlərlə bağlı işin təhqiqatı ilə əlaqədar olduğunu ehtimal edir.

“Xalq qəzeti”

10 Avqust 2022 08:34 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə