Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATƏT-in Baş katibi: Türkiyə Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə mühüm töhfələr verir

Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı ATƏT-in Baş katibi Helqa Şmid bildirib ki, Türkiyənin Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə töhfələri və maraqlı tərəflərlə işləməsi ATƏT üçün çox önəmlidir.

Helqa Şmid qeyd edib ki, Türkiyə diplomatiyası dünyanın ən peşəkar diplomatik missiyalarından biridir: “Türkiyə Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Bu səbəbdən Türkiyə bu plüralist dünya anlayışına ən uyğun ölkələrdən biridir. Türkiyənin Birləşmiş Millətlər Təşkilatı ilə taxıl sazişi ilə bağlı apardığı diplomatiya təqdirəlayiqdir. Çünki ərzaq mallarının və gübrələrin Ukraynadan çıxarılıb dünyaya daşınması çox vacibdir”.

Türkiyə diplomatiyasının beynəlxalq aləmdə güclü təsirə və nüfuza malik olduğunu diqqətə çatrdıran Helqa Şmid qeyd edib ki,Türkiyə coğrafiyanı da üstün bir amilə, təsiredici gücə çevirmişdir. Əslində Türkiyə Qərb və Şərq ölkəsi olaraq Avrasiyanın tam ortasında Avropa və Asiya arasında körpü vəzifəsini yerinə yetirir. Buna görə də bu bağlılıq və multikultural düşüncə baxımından ən önəmli ölkələrdən biridir.

“Xalq qəzeti”

10 Avqust 2022 08:09 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə