Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukraynaya 4,5 milyard dollar yardım ayrılacaq

Dünya Bankı Ukraynaya 4,5 milyard dollar yardım olunacağını açıqlayıb, bu maliyyə paketi “təcili ehtiyacları” qarşılamaq üçün nəzərdə tutulub.

Dünya Bankının açıqlamasında deyilir ki, maliyyə paketi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) vasitəsi ilə ayırdığı 4,5 milyard dollarlıq qrantdan ibarətdir.

Maliyyə dəstəyi Ukraynada kəskin maliyyə defisitini azaltmağa dəstək vermək məqsədi daşıyır. Bu vəsait Kiyevə sosial müavinətləri, tibbi xidmətləri və pensiya xərclərini ödəməyə kömək edəcək. Yardım paketi dövlət qulluqçularına, səhiyyə işçilərinə, müəllimlərə əməkhaqlarının verilməsinə, xəstəxanaların, məktəblərin, digər kritik infrastruktur obyektlərinin mavi qaz və elektrik enerjisi ilə təminatına xərclənəcək.

Ukrayna hökuməti bu maliyyə yardımını bir neçə tranşa alacaq. 3 milyard dollarlıq ilk tranş avqustda veriləcək.

USAİD bəyan edib ki, bu vəsait xərcləndikdən sonra ABŞ Ukrayna hökumətinə 8,5 milyard dollar həcmində birbaşa büdcə yardımı göstərəcək.

“Xalq qəzeti”

10 Avqust 2022 07:59 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə