Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 288 Bakı şəhəri, 6 avqust 2022-ci il

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Res­publikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının 4-cü və 5-ci hissələrinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Səhiyyə Nazir­liyinin tabeliyində “Orqan Donorluğu və Trans­plantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılsın.

2. “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin Nizamnaməsi” təsdiq edilsin (1 nömrəli əlavə).

3. “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin Strukturu” təsdiq edilsin (2 nömrəli əlavə).

4. Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin (bundan sonra – Koordinasiya Mərkəzi) işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilsin.

5. Müəyyən edilsin ki:

5.1. Koordinasiya Mərkəzinin nizamnamə fondu 300 000 (üç yüz min) manat təşkil edir və Koordinasiya Mərkəzinin əsas vəsaiti hesabına formalaşır;

5.2. Koordinasiya Mərkəzi “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanunu­nun 9.3-cü maddəsinə əsasən orqan donorluğu və transplantasiya fəaliyyətini həyata keçirə bilməz.

6. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Koordinasiya Mərkəzinin dövlət qey­diyyatına alınması üçün bu Qərarın qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Res­publikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin.

7. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qay­dası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə