Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 287      Bakı şəhəri, 6 avqust 2022-ci il

“Dövlət reabilitasiya müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respub­likasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət reabilitasiya müəssisələrinin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Dövlət reabilitasiya müəssisəsi haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi haqqın­da” Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 1998-ci il 5 may tarixli 106 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 1998, № 5, maddə 348; 2002, № 4 (II kitab), maddə 199; 2008, № 2, maddə 130) ləğv edilsin.

3. Bu Qərarda dəyişiklik Azərbaycan Respub­likası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə