Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 284            Bakı şəhəri, 5 avqust 2022-ci il

Azərbaycan Respublikası Nazirlər Kabine­tinin “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2013-cü il 8 may tarixli 76 nömrəli, “Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları”nın və “Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığının təmin edilməsinə yönəlmiş idman növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 24 oktyabr tarixli 354 nömrəli, “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qayda­sında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Preziden­tinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2014-cü il 30 oktyabr tarixli 360 nömrəli, “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın təsdiq edilməsi haqqın­da” 2015-ci il 2 fevral tarixli 21 nömrəli, “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haq­qında” 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli, “Azərbaycan Ordusu və Azərbaycan Respublika­sının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli 333 nömrəli, “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” 2016-cı il 29 sentyabr tarixli 374 nömrəli və “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin uço­tunun aparılması Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 26 dekabr tarixli 524 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 13 dekabr tarixli 328 nömrəli, “Hərbi nəqliyyat vəzifəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icra­sının təmin edilməsi haqqında” 2006-cı il 29 mart tarixli 382 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qa­nununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1159- IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 2 fevral tarixli 451 nömrəli və “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Res­publikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 39-VQD nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 14 yanvar tarixli 727 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 13 aprel tarixli 1663 nömrəli Fərmanının 6-cı hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabine­ti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2013-cü il 8 may tarixli 76 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 565; 2015, № 5, maddə 656; 2017, № 4, maddə 620; 2019, № 3, maddə 514; 2020, № 11, maddə 1402; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 iyul tarixli 268 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. mətn üzrə ismin müvafiq hallarında “yerli idarə” sözləri ismin müvafiq hallarında “yerli baş idarə, idarə,” sözləri ilə əvəz edilsin;

1.2. 2.2.3-cü, 2.3.7-ci, 2.4.7-ci yarımbəndlərdə, həmin Qaydanın 1 və 2 nömrəli əlavələrinin mətni üzrə ismin müvafiq hallarında “yerli idarəsi” sözləri ismin müvafiq hallarında “yerli baş idarəsi, idarəsi,” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2014-cü il 24 oktyabr tarixli 354 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2014, № 10, maddə 1324; 2017, № 4, maddə 620; 2018, № 12 (II kitab), maddə 2741; 2020, № 10, maddə 1308) ilə təsdiq edilmiş “Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları”nın 9-cu hissəsinə “yerli” sözündən sonra “baş idarə,” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2014-cü il 30 oktyabr tarixli 360 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1504; 2016, № 11, maddə 1976; 2017, № 5, maddə 1009; 2019, № 7, maddə 1318; 2021, № 3, maddə 273) ilə təsdiq edilmiş “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olun­ması və ödənilməsi Qaydası”nın 3.2-ci bəndində “rayon (şəhər) şöbəsinin” sözləri “yerli baş idarə, idarə, şöbə və bölmələrinin” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2015, № 2, maddə 211, № 5, maddə 658; 2016, № 8, maddə 1456, № 9, maddə 1585; 2017, № 4, maddə 620; 2021, № 12, maddə 1542) ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.2-ci bəndinin birinci cümləsinə, 3.3-cü, 3.18-ci bəndlərinə, 3.19-cu bəndinin birinci cümləsinə, 3.24- cü bəndinin ikinci cümləsinə “yerli” sözündən sonra “baş idarə,” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2015, № 10, maddə 1225; 2016, № 7, maddə 1343, № 11, maddə 1977; 2017, № 12 (II kitab), maddə 2552; 2018, № 2, maddə 354, № 12 (II kitab), maddə 2730; 2019, № 5, maddə 983, № 7, maddələr 1318, 1330; 2020, № 5, maddə 633, № 10, maddə 1269, № 11, maddə 1411; 2021, № 3, maddələr 281, 287, 289, № 4, maddə 404, № 5, maddə 525, № 9, maddə 1080, № 10, maddə 1163) ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavə - “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı”nın 2.25.1-ci və 2.32.1-ci yarımbəndlərində “rayon (şəhər) şöbəsinin” sözləri “yerli baş idarə, idarə, şöbə və bölmələrinin” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2015-ci il 20 oktyabr tarixli 333 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2015, № 10, maddə 1246; 2017, № 4, maddə 620; 2018, № 11, maddə 2443, № 12 (II kitab), maddə 2741; 2019, № 12, maddə 2081; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 4 aprel tarixli 128 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Ordusu və Azərbaycan Respublika­sının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi Qaydası”nın 2.4-cü bəndinə, 2.6-cı bəndinin ikinci cümləsinə, 2.8.4-cü yarımbəndinə (hər iki halda), 3.1-ci, 3.2-ci, 3.4-cü bəndlərinə, 3.5- ci bəndinin birinci cümləsinə, 3.7-ci, 3.8-ci, 3.10-cu, 3.11-ci, 3.16-cı bəndlərinə və 6.1.1-ci, 6.1.7-ci, 6.1.9-cu yarımbəndlərinə “yerli” sözündən sonra “baş idarə,” sözləri əlavə edilsin.

7. “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 29 sentyabr tarixli 374 nömrəli Qərarının (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1599; 2020, № 4, maddə 496) 2-ci, 3-cü və 4-cü hissələrinə “yerli” sözündən sonra “baş idarə,” sözləri əlavə edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2016-cı il 26 dekabr tarixli 524 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2240) ilə təsdiq edilmiş “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin uçotunun aparıl­ması Qaydası” üzrə:

8.1. 1.2-ci, 3.4-cü, 3.5-ci bəndlərə, 3.9-cu bəndin ikinci cümləsinə “yerli” sözündən sonra “baş idarə,” sözləri əlavə edilsin;

8.2. həmin Qaydanın 1 və 2 nömrəli əlavələrinin mətni üzrə ismin müvafiq hallarında “idarəsi” sözü ismin müvafiq hallarında “baş idarəsi, idarəsi,” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə