Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından dünən mediaya verilən məlumata görə, bu ölkədə müharibə başlayandan bu günə qədər Rusiya Silahlı Qüvvələrinin 42 min 640 hərbçisi məhv edilib. Xəbəri UNİAN agentliyi yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1817 tank, 4 076 zirehli döyüş maşını, 964 artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 133 hava hücu­mundan müdafiə sistemi, 223 təyyarə, 193 helikopter, 757 PUA, 185 qanadlı raket, 15 gəmi, 2 993 avtomobil tex­nikası və avtosistern, 87 xüsusi texnikadan ibarətdir. Qeyd olunub ki, Rusiya ən çox itkini Donetsk istiqamətində verib.

Bu arada Pentaqon da Rusiyanın Ukraynadakı itkilərini açıqlayıb. Pentaqon daxilindəki mənbənin bildirdiyinə görə, Kremlin Ukraynaya genişmiqyaslı müdaxiləsindən bəri 80 minə yaxın rusiyalı hərbçi ölüb və yaralanıb. Məlumatda qarşıdakı dövrdə ölənlərin sayının artacağı istisna edilməyib. Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

Qeyd etmək lazımdır ki, Rusiya tərəfi döyüşlərdə, əksinə, Ukrayna Ordusunun daha çox canlı və texnika itkisinə məruz qaldığını bildirir. Görünən budur ki, istər Ukrayna, istərsə də Rusiya bir-birini müharibədə baş verənlərlə bağlı saxta məlumatlar, dezinformasiyalar yay­maqda günahlandırır.

Hazırda Ukraynada ən ağır döyüşlər ölkənin şərqindəki Donetsk və cənubdakı Xerson vilayətlərində gedir. Hər iki tərəf gündə onlarla hərbçisini itirir. Bu dağıdıcı müharibənin nə vaxt bitəcəyi isə hələ də bəlli deyil.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

10 Avqust 2022 05:55 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə