Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyada koronavirus infeksiyasından ölənlər çoxalıb

Rusiya Federal Operativ Qərargahının məlumatına görə, son sutka ərzində ölkənin 27 regionunda 16 min 325 nəfər koronavirus infeksiyasına yoluxub. 2574 nəfər xəstəxanaya yerləşdirilib. 13 min 92 nəfər müalicə olu­naraq sağalıb. 60 nəfər vəfat edib. Ölüm halları ölkənin 22 regionunda, paytaxt Moskvada və Sankt-Peterburq şəhərində qeydə alınıb.

Son 24 saat ərzində ən çox yoluxma paytaxt Moskvada ( 4781 nəfər), Sankt-Peterburq şəhərində ( 2639 nəfər) və Moskva vilayətində ( 694 nəfər) qeydə alınıb. 27 regionun hər birində 100 nəfər COVID-19 virusuna yoluxub.

Pandemiya başlanandan indiyədək Rusiyada 18 milyon 750 min nəfər COVID-19 virusuna yoluxub. 383 min nəfər koronavirus infeksiyasının qurbanı olub.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

10 Avqust 2022 05:37 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə