Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cənubi Koreyada güclü daşqın

Cənubi Koreyaya yağan güclü və aramsız yağışlar daşqına, torpaq sürüşməsinə çevrilib. Evləri, metro stansiyalarını, küçələri su basıb. Nəqliyyatın, o cümlədən avtomobillərin və qatarların hərəkəti iflic olunub. Aeroportlar bağlanılıb. Son 80 ildə Cənubi Koreyada belə daşqın olmayıb.

Təbii fəlakət nəticəsində 8 nəfər həlak olub, 5 nəfər itkin düşüb, onlarla insan xəsarət alıb. Paytaxt Seulda vəziyyət daha gərgindir. Bura yağan aramsız yağışlar və güclü külək həyatı iflic edib. Sinoptiklərin proqnozlarına görə, güclü və aramsız yağış hələ bir neçə gün davam edəcək.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

10 Avqust 2022 05:25 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə