Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Minlərlə uşaq virusa yoluxa bilər

ABŞ-ın Nyu-York ştatının səhiyyə rəsmisi ştatda yüzlərlə və hətta minlərlə aşkar edilməmiş poliomielit hallarının ola biləcəyini deyib. BBC-yə danışan həkim Patricia Schnabel Ruppert Nyu Yorkda poliomielit xəstəliyinin yayılma sürətindən narahat olduğunu bildirib. Bu barədə “milliyet.com.tr” məlumat yayıb.

Poliomielit hallarının çoxunun asemptomatik və ya bir neçə simptoma malik olduğunu qeyd edən Ruppert həmçinin bildirib ki, Nyu–Yorkdakı elm adamları əyalətdəki poliomielit hadisələri ilə London kanalizasiyasında aşkar edilən və Qüdsdə görülən poliomi­elit virusu arasında əlaqəni araşdırırlar. Onun sözlərinə görə, bu, bütün dünya üçün çox ciddi bir problemdir: “Bu, təkcə Nyu-York məsələsi deyil. Hər kəsin lazımi qaydada peyvənd olunmasını təmin etməliyik. Mən əvvəllər heç vaxt düşünməmişdim ki, ABŞ-da yeni polio­mielit hadisəsi olacaq”.

ABŞ-ın səhiyyə rəsmiləri keçən ay ölkədə doqquz ildə ilk dəfə poliomielit xəstəliyinin olduğunu açıqlamışdılar. Nyu–York Ştatının Səhiyyə Depar­tamenti Roklenddə yaşayan və adı açıqlanmayan 20 yaşlı xəstə bir kişinin virusa görə insult keçirdiyini bildirmişdi.

Poliomielit virus daşıyıcısının nəcisi ilə təmasda və ya öskürərkən və asqırarkən tökülən hissəciklərlə ötürülən ciddi infeksiyadır. Virus daha çox beş yaşından kiçik uşaqlara təsir edir.

Yoluxmuş insanların əksəriyyətində heç bir əlamət olmasa da bəzilərində yüksək hərarət, boğaz, baş, mədə və əzələ ağrıları, ürəkbulanma kimi hallar özünü göstərir.

Ayaqların iflici kimi ciddi xəstəliklər poliomielit virusunun sinir sisteminə hü­cumu nəticəsində, yoluxmuşların yüzdə birindən mində birinə qədər dəyişə bilər.

Bu tip iflic əsasən müvəqqəti xarak­ter daşıyır və hərəkət etmək qabiliyyəti zamanla bərpa oluna bilər. Ancaq polio­mielit virusu tənəffüs üçün istifadə edilən əzələlərə təsir edərsə, həyati təhlükəsi olan xəstəliklər də görünə bilər.

Rövşən ATAKİŞİYEV,

“Xalq qəzeti”

10 Avqust 2022 05:14 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə