Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici xəbərlər

Çin

Yeni virus aşkarlanıb

Çin və Sinqapur alimləri “Lanye” adlı yeni virus aşkar ediblər. Məlumata görə, yeni virus insanlara və heyvanlara keçə bilən henipavirus növünə aiddir. Hazırda bu virusa ən azı 35 nəfər yoluxub. Onlarda hərarət, yorğunluq, öskürək, iştahsızlıq, əzələ ağrısı, ürəkbulanma və digər simptomlar müşahidə olunub. Hazırda henipavirusa qarşı peyvənd yoxdur.

Xəbəri BBC yayıb.

Moldova

İlk yoluxma faktı

Moldova Səhiyyə Nazirliyi ölkədə meymunçiçəyinə ilk yoluxma halının qeydə alındığını açıqlayıb. Məlumata görə, ilk yoluxma halı ABŞ-dan Moldovaya gələn əcnəbi vətəndaşda qeydə alınıb.

Səhiyyə Nazirliyi vətəndaşları xəstəliyin əlamətləri aşkar edildikdə həkimə müraciət etməyə çağırıb.

Xəbəri “lenta.ru” yayıb.

ABŞ

“WhatsApp”da yenilik

Məşhur mesajlaşma proqramı “WhatsApp” yeni məxfilik parametri əldə edəcək. Tərtibatçılar istifadəçilərə telefon nömrələrini qrup üzvlərindən gizlətmək imkanı verəcək funksiyanı sınaqdan keçirirlər. Qrupa qoşulduqda istifadəçi onun telefon nömrəsini kimin görəcəyini özü seçə biləcək. İlkin olaraq, nömrə bütün qrup üzvlərindən gizlədiləcək.

Yeni parametr qrup haqqında məlumat bölməsində yerləşir. Bu funksiya Android üçün “WhatsApp” beta 2.22.17.23 versiyasında peyda olub.

Xəbəri “ferra.ru” yayıb.

Məktəblərə silahlar veriləcək

ABŞ-ın Şimali Karolina ştatının polisi təhsil müəssisələrinə mümkün hücumları dəf etmək və məktəblərin təhlükəsizliyini gücləndirmək məqsədilə yerli məktəblərə AR-15 yarı avtomatik atıcı silahlar yerləşdirəcək.

Qeyd edilir ki, silahlardan əlavə, məktəblərə döyüş sursatları və qapıları açmaq üçün alətlər veriləcək.

Xəbəri CNN yayıb.

Fransa

Leandro Paredes “PSJ”dən gedə bilər

PSJ yarımmüdafiəçi Leandro Paredeslə 20-25 milyon avro müqabilində ayrılmağa hazırdır. Məlumata görə, artıq “Yuventus” futbolçu üçün 15 milyon avro ödəmək istəyir.

28 yaşlı Paredes “Kyevo”, “Empoli” və “Roma”da çıxış edib, 2017-ci ilin yayında “Zenit”ə keçib. Futbolçu 2019-cu ilin yanvarında 40 milyon avroya PSJ-yə üz tutub. Tərəflər arasında müqavilə 2024-cü ildə başa çatır.

Qeyd edək ki, Paredes Argentina millisinin də üzvüdür.

Xəbəri “goal.com” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

10 Avqust 2022 05:05 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə