Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şahin Bağırov Qazaxda vətəndaşları qəbul edib

Avqustun 9-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Qazax şəhərindəki Gənclər Evində Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib.

Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Ş.Bağırov qəbuldan öncə Qazax şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Qazax, Ağstafa və Tovuz rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlarını verib.

9 Avqust 2022 23:25 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə