Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daha 700 şəxsə birdəfəlik ödəmə təyin edilib

Prezident İlham Əliyevin Birinci Qarabağ müharibəsi əlillərinə qayğısının növbəti təzahürü olan birdəfəlik ödəmələrin verilməsi proqramı uğurla icra olunur. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, məlumatları e-sistemlərdə olan daha 700 Birinci Qarabağ müharibəsi əlilinə proaktiv qaydada birdəfəlik ödəmə təyin olunub. Vəsait onların bank hesablarına köçürülüb və bu barədə SMS göndərilib.
Qeyd edək ki, e-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün birdəfəlik ödəmə təyin edilməmiş şəxslər, habelə birdəfəlik ödəməni almaq hüququ olan şəxs vəfat etdiyi hallarda onların vərəsələri birdəfəlik ödəməni almaq üçün müvafiq sənədləri linkdə https://sosial.gov.az/post_576347 qeyd edilən qaydada təqdim etməlidirlər.

9 Avqust 2022 17:08 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə