Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

MEK tərəfindən dünyaca məşhur alim Lütfi Zadənin biblioqrafik göstəricisi hazırlanıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən yeni biblioqrafik göstərici tərtib edilib.

Bu barədə "Xalq qəzeti"nə AMEA-nın Mətbuat xidmətindən məlumat verilib.

Biblioqrafik göstərici süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, ABŞ-ın Kaliforniya Universitetinin fəxri professoru Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunub.

Elmi redaktoru Mərkəzi Elmi Kitabxananın baş direktoru, professor Məmməd Əliyev, redaktoru Biblioqrafiya şöbəsinin müdiri Xuraman İsmayılova, tərtibçisi baş biblioqraf Mahnur Həsənova olan bu göstəricidə Lütfi Zadənin həyatı, elmi fəaliyyəti, məqalələr və konfrans materialları, kitabları, elm tarixində etdiyi yeniliklər və digər məlumatlar öz əksini tapıb.

Vəsait kompüter elmləri, elektrik mühəndisliyi, riyaziyyat sahəsi üzrə elmi-tədqiqat işi aparan mütəxəssislər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

9 Avqust 2022 16:47 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə