Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avqust ayı üçün Azərbaycan idmançılarının reytinqi bəlli olub

Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə, milli komandaların idmançılarının 2022-ci ilin avqust ayı üçün reytinq cədvəlini açıqlayıb.

 Nazirlikdən "Xalq qəzeti"nə verilən məlumata görə, reytinqə bədii gimnastika üzrə qrup hərəkətləri komandası 435 xalla başçılıq edir.

İkinci yerdə ötən ay Misirin paytaxtı Qahirədə dünya ikincisi olan qılıncoynadan Anna Başta (330 xal) və üçüncü pullədə bədii gimnast Zöhrə Ağamirovadır (300 xal).

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

9 Avqust 2022 15:57 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə