Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlanıb

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2031008686, AZ2032008685, AZ2033008684 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin ödənilməsi nəzərdə tutulub.

Bakı Fond Birjasından "Xalq qəzeti"nə verilən məlumata görə, İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, avqustun 8-də AZ2031008686, AZ2032008685, AZ2033008684 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, avqustun 8-dən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 710,57 manat təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri 710,57 manat məbləği əsasında hesablanacaq. Bakı Fond Birjasında AZ2031008686, AZ2032008685, AZ2033008684 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 710,57 manat olması nəzərə alınmalıdır.

9 Avqust 2022 19:01 - İQTİSADİYYAT
İQTİSADİYYAT
3 Oktyabr 2022 | 11:42
Neft bahalaşıb
1 Oktyabr 2022 | 23:15
Həftəsonu neftin qiyməti
1 Oktyabr 2022 | 11:16
Azərbaycan nefti ucuzlaşıb
1 Oktyabr 2022 | 10:49
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə