Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənclər və idman naziri İslamiadada iştirak edən stolüstü tennis komandasının üzvləri ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və Milli Məclisin deputatı Kamal Cəfərov V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın stolüstü tennis komandasının üzvləri ilə görüşüb.

  Özbəkistanla vacib oyun ərəfəsində keçirilən görüşdə nazir idmançılara qələbə arzulayıb və onların yüksək nəticələr əldə edəcəklərinə ümidvar olduğunu bildirib.

Sonra Azərbaycan-Özbəkistan oyununa start verilib.

Qeyd edək ki, komandamız ilk oyunda Banqladeş seçməsinə 3:0 hesabı ilə qalib gəlib.

Millimiz sabah İran komandası ilə üz-üzə gələcək.

9 Avqust 2022 19:19 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə