Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Növbəti “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası keçirilib - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilmiş “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası növbəti dəfə “Bravo” marketlər şəbəkəsi ilə birgə Xətai rayonunda yerləşən Bravo superstorda keçirilib. Aksiya zamanı ümumi tutumu 4210 litr olan plastik butulka yığılıb, iştirakçılara ekoçantalar verilib.

Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova "Xalq qəzeti"nə bildirib ki, ümumi tutumu 50 litrdən artıq butulka təhvil verən şəxslərə ekoçantalarla yanaşı Milli Parklara bilet və azyaşlı uşaqlara kitablar hədiyyə olunub.

"Yığılan plastik tullantılar “AzEkol” MMC tərəfindən təkrar emala yönləndirilib".

Nazirlik rəsmisinin sözlərinə görə ən çox plastik butulka bu aksiya zamanı təhvil alınıb.

"Ümumilikdə bugünədək Bakı, Xırdalan, Sumqayıt və Gəncə şəhərlərini əhatə etməklə 7 aksiya keçirilib. Aksiyalarda fəal iştirak edən bütün vətəndaşlara təşəkkür edirik".

S.Məmmədova qeyd edib ki, aksiya yay boyunca davam etdiriləcək və bu barədə elan Nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkələrində öncədən paylaşılacaq.

"Hər kəsi plastik tullantıların çeşidlənməsi, təkrar emala yönləndirilməsinə birlikdə dəstək olmağa çağırırıq".

9 Avqust 2022 14:53 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə