Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhid uşaqları üçün yay düşərgəsinin ikinci mərhələsi başlayıb - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid uşaqları üçün növbəti yay istirahət düşərgəsinə start verilib. 

Bu barədə "Xalq qəzeti"nə ƏƏSMN-in Mətbuat xidmətindən məlumat verilib.
Agentliyin sosial sifarişi əsasında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Qubada həyata keçirilən layihə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağını (valideynlərindən birinin müşaiyət edəcəyi də nəzərə alınmaqla 140 nəfər) əhatə edir. 
İki mərhələdən ibarət olan layihənin ilk mərhələsində uşaqlardan və valideynlərdən ibarət 70 nəfər 29 iyul-3 avqust tarixlərində Qubada 5 günlük yay istirahət düşərgəsində iştirak ediblər. 
İkinci qrup olaraq 75 nəfər bu gün xüsusi ayrılmış avtobuslarla Qubaya yola salınıb. 
08-13 avqust tarixlərində şəhidlərimizin övladları Qubanın tarixi və gəzməli yerlərinə ekskursiya edəcək. Bir sıra əyləncəli interaktiv təlimlərdə iştirak edərək öz bacarıqlarını inkişaf etdirəcəklər. 
Həmçinin onlar bu regionda yerləşən məşhur istirahət mərkəzlərində qalaraq dincələcəklər. Bu müddət ərzində onlarla interaktiv oyunlar, su idmanı və istirahəti, eyni zamanda müxtəlif psixoloji seanslar təşkil ediləcək.

9 Avqust 2022 11:47 - İQTİSADİYYAT
İQTİSADİYYAT
1 Oktyabr 2022 | 23:15
Həftəsonu neftin qiyməti
1 Oktyabr 2022 | 11:16
Azərbaycan nefti ucuzlaşıb
1 Oktyabr 2022 | 10:49
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə