Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibəyə qeydiyyat aparılır

Səkkiz dövlət orqanında inzibati vəzifələrin 2-4-cü təsnifatına uyğun olan 12 vəzifənin tutulması üçün avqustun 1-də elan olunmuş daxili müsahibəyə qeydiyyat aparılır.

Bu barədə "Xalq qəzeti"nə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bu gün saat 15:25-ə olan məlumata görə, daxili müsahibədə iştirak üçün 15 nəfər müraciət edib.

Daxili müsahibəyə çıxarılan ən yüksək vəzifələr inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Aparatının rəhbəri və Azərbaycan Respublikası Hesablama Palatası Aparatının Ümumdövlət xidmətlərinin auditi şöbəsinin müdiri vəzifələridir.

Ümumilikdə isə Ekologiya və Təbii Sərvətlər Agentliyində 3, Gənclər və İdman Nazirliyində 2, Dövlət Turizm Agentliyində 2, Hesablama Palatasında 1, Kənd Təsərrüfatı Nazirliyində 1, İqtisadiyyat Nazirliyində 1, Əqli Mülkiyyət Agentliyində 1, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılıb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu, vətəndaşların rahatlığının təmin edilməsinə, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınmasına, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Qeyd olunan vəzifələrin tutulması məqsədilə elan edilmiş daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər avqustun 15-nə qədər (saat 18:00-dək) Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

9 Avqust 2022 20:59 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə