Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qisasımız qiyamətə qalmadı” kitabı çapdan çıxıb

Tanınmış şair-publisist Fuad İslamoğlunun yeni kitabı işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, müəllifin ədəbiyyatımıza növbəti ərməğanı olan “Qisasımız qiyamətə qalmadı” adlı şeirlər toplusu sevimli şairin say­ca beşinci kitabıdır. Şəhidlərimizin əziz və unudulmaz xatirəsinə ithaf olunmuş kitabda əsasən ulu öndər Heydər Əliyevin mükəmməl siyasətini uğurla davam etdirən möhtərəm Prezident, Müzəffər Ali Baş Koman­dan İlham Əliyevin müdrikliyi, yüksək sərkərdəlik məharəti, mahir diplomati­yası, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi, xalqın dəyanəti, əzmkarlığı, hərbçilərimizin şücaəti və qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazanılan möhtəşəm tarixi qələbədən, qürur dolu 44 günlük döyüşlərdən bəhs edilir. Eyni zamanda, şeirlər toplusun­da yurd sevgisi, xalqa, dövlətə, dosta, qohuma sədaqət, ülvi məhəbbət mövzularında şeirlərə, ağsaqqal tövsiyələrinə və təmsillərə də geniş yer verilib.

Qeyd edək ki, şairin əvvəlki “Təmizlik”, “Yaşamalı dünyadı”, “Bu səs sənin səsindirmi”, “Qartal səmada tək uçur” kitabları da geniş oxucu kütləsinin marağına səbəb olub.

9 Avqust 2022 00:04 -
30 Sentyabr 2022 | 00:12
Zəfər tarixinin xronikası

Köhnə versiyamızdan xəbərləri izlə