Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AERA 2022-ci ilin iyul ayı üzrə əsas fəaliyyət istiqamətlərinə dair nəticələri açıqlayıb - FOTO

2022-ci il iyul ayı üzrə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi,təbii qazla təchizatı və digər məsələlərlə bağlı Agentliyə bilavasitə və Energetika Nazirliyindən 425 müraciət daxil olub.

Agentlikdən  "Xalq qəzeti"nə verilən məlumata görə, bunlardan:

Elektrik enerjisi təchizatı ilə bağlı 17-si məlumat üçün olmaqla cəmi 373 müraciət;

Təbii qaz təchizatı ilə bağlı 5-i məlumat üçün olmaqla cəmi 40 müraciət;

İstilik təchizatı ilə bağlı 1 müraciət;

11 müraciət isə digər məsələlərlə bağlı olub.

425 müraciətdən:

163 müraciət Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (1 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti quruma göndərilib);

 2 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub; 

238 müraciət hazırda baxılma prosesindədir;

22 məlumat xarakterli müraciətdən 9-u qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

ELEKTRİK ENERJİSİ TƏCHİZATI VƏ QAZ TƏCHİZATI

Yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 8 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib;

29 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib;

“Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 5 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib;

Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 4 inzibati xəta haqqında işə baxılıb və müvafiq qərarlar çıxarılıb.

BÜDCƏDƏN MALİYYƏLƏŞƏN MÜƏSSİSƏLƏRDƏ KEÇİRİLƏN NƏZARƏT TƏDBİRLƏRİ

Elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 59 nəzarət tədbiri keçirilib;

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 49 nəzarət tədbiri keçirilib.

PEŞƏ BİLİKLƏRİNİN YOXLANILMASI

Agentlik tərəfindən hesabat dövrü ərzində 26 müəssisədə 78 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.

TEXNİKİ ŞURALAR

15 “ASAN xidmət", 2 “ASAN Kommunal” mərkəzi və 2 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı daxil olan  258 müraciət qəbul edilərək icra edilib.

8 Avqust 2022 19:48 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə