Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətəndaşın videomüraciətində qeyd etdiyi xüsusatlar Baş Prokurorluq tərəfindən yoxlanılır

Paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsinin S.Yesenin küçəsində yerləşən qeyri-yaşayış obyektinin tikintisi aparılarkən, həmin tikilinin qarşısında meşə fonduna daxil olmayan iki ədəd yaş kök üstə bioloji inkişafda olan sərv ağaclarının qanunsuz kəsilməsi nəticəsində 2700 manat ziyan dəyməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində istintaq aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən daxil olmuş məlumatlar əsasında Cəfərquliyev Mirzəli Cəfərqulu oğluna Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxsə ittiham elan olunmaqla onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

2022-ci il martın 20-də cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. Vətəndaşın videomüraciətində qeyd etdiyi xüsusatlar hazırda Baş Prokurorluğun aidiyyəti qurumu tərəfindən yoxlanılır. Nəticəsi barədə məlumat veriləcək.

8 Avqust 2022 16:17 - EKOLOGİYA
EKOLOGİYA
27 Sentyabr 2022 | 17:27
Sabahın hava proqnozu
26 Sentyabr 2022 | 15:18
Sabahın hava proqnozu
24 Sentyabr 2022 | 15:57
Sabahın hava proqnozu
22 Sentyabr 2022 | 16:28
Sabahın hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə