Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fövqəladə Hallar Nazirliyində müşavirə keçirilib - FOTO

8 avqust 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyində nazir general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib.

Bu barədə "Xalq qəzeti"nə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Nazir müavinlərinin, Nazirliyin aidiyyəti struktur bölmələrinin və Agentliyin rəhbər şəxslərinin iştirak etdikləri müşavirədə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib, qurumun hesabatına dair təqdimatlar dinlənilib.

Müşavirədə yekun nitqi ilə çıxış edən nazir Kəmaləddin Heydərov sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin üzərinə düşən mühüm vəzifələrdən danışıb. Nazir həlli vacib məsələləri qeyd edərək, müvafiq tapşırıqlarını verib.

8 Avqust 2022 15:53 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə