Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qənirə Paşayeva TÜRKSOY-un yüksək medalına layiq görülüb

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un “Şərəf” (“Altun Onur”) qızıl medalı ilə təltif olunub. Medalı TÜRKSOY-un Baş katibi Sultan Raev təqdim edib.

Qeyd edək ki,  TÜRKSOY- un yüksək təltifi komitə sədrinin bu ortaq türk qurumu ilə sıx əməkdaşlığına, ümumən Türk dünyasında mədəni əlaqələrin gücləndirilməsi işinə töhfələrinə görə təqdim olunub. Təqdimatda çıxış edən Qənirə Paşayeva bu il yaranmasının 30-cu ildönümü tamam olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının zəngin təcrübəsindən, ortaq keçmişdən ortaq gələcəyə gedən ulu yola xidmətlərindən danışıb. O, TÜRKSOY-un Qarabağda, Şərqi Zəngəzurda erməni vandalizminə məruz qalan Azərbaycan mədəni irsinə göstərdiyi diqqətini, habelə Qarabağ kökənli klassik sənətkarların yubileyinə həssas diqqətini yüksək qiymətləndirib.

Azərbaycanın haqq savaşına dəstək verən TÜRKSOY-a, ümumən Türk dünyasına minnətdarlığını bildirən komitə sədri Şuşanın 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsinin böyük rəmzi anlam daşıdığını vurğulayıb, ürək sözlərini bölüşüb. TÜRKSOY-un yüksək təltifinə görə TÜRKSOY rəhbərliyinə minnətdarlıq edən deputat xanım Azərbaycanın Xalq rəssamı Sakit Məmmədovun “Türk dünyası qadınları” silsiləsindən üç tablonu TÜRKSOY-a hədiyyə edib.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

8 Avqust 2022 15:35 - SİYASƏT
SİYASƏT
29 Sentyabr 2022 | 02:05
Qəza, yoxsa təxribat?

Köhnə versiyamızdan xəbərləri izlə