Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi üçün faydalı nəşrlər

I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (həmçinin subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.

Bu barədə "Xalq qəzeti"nə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ixtisas seçimi zamanı sadalanan nəşrlərdə təqdim olunan zəruri məlumatlardan faydalanmaq mümkündür:

1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar “Abituriyent” jurnalının 4-cü nömrəsində nəşr ediləcək. Jurnalı avqustun 10-dan etibarən əldə etmək mümkün olacaq.

2. 2021-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları “Abituriyent” jurnalının 2-ci nömrəsində dərc edilib. Jurnal satış məntəqələrində var.

3. “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” xüsusi buraxılışlarında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması və digər zəruri məlumatlar da təqdim ediləcək.

II və III ixtisas qrupları üçün bu xüsusi buraxılışları avqustun 10-dan əldə etmək mümkün olacaq.

I və IV ixtisas qrupları üçün bu xüsusi buraxılışlar yaxın günlərdə (bu ixtisas qrupları üzrə imtahanın nəticəsi ilə bağlı apellyasiya başa çatdıqdan sonra) nəşr ediləcək.

8 Avqust 2022 14:46 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə