Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ANAMA daha 697 hektar ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılıb.

2022-ci il avqustun 1-dən 6-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 697 ha ərazi yoxlanılıb, 204 ədəd piyada və 32 ədəd tank əleyhinə mina, 29 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

8 Avqust 2022 14:33 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə