Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

MOK “Azərbaycanda Olimpiya Hərəkatı” mövzusunda fotomüsabiqəyə start verib.

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, yaradılmasının 30 illik yubileyinə həsr olunmuş “Azərbaycanda Olimpiya Hərəkatı” mövzusunda fotomüsabiqə keçirir.

"Xalq qəzeti" xəbər verir ki, Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunan fotomüsabiqəyə hər iştirakçı maksimum 10 fotoşəkillə qatıla bilər.

İştirakçılar 08 avqust- 01 oktyabr 2022-ci il tarixinə qədər serhedsiz_ [email protected] elektron ünvanına (jpg/jpeg formatında,300 dpi, uzun tərəfi 3000 pikseldən aşağı  və ölçüsü 3 mb-dan az olmamaq şərti ilə)   rəngli və ya ağ-qara formatda  şəkillər göndərə bilərlər. Fotoşəkillərin üzərində heç bir ad, simvol, loqo qoyulmasına icazə verilmir. Kompüter və ya digər texnologiya vasitələrinin imkanları ilə hazırlanmış foto işlər qəbul edilmir. Fotolar real idman hadisəsini əks etdirməklə yanaşı, müsabiqə mövzusunun tələblərinə cavab verməlidir.

Müsabiqədə Azərbaycan Respublikası vətəndaşları olan peşəkar və həvəskar fotoqraflar iştirak edə bilərlər. İştirakçılar öz işlərini təşkilat komitəsinə ( serhedsiz_ [email protected] ) göndərdikdən sonra MOK-a yaxınlaşmalı və “İştirakçı anketi”-ni dolduraraq təqdim etməlidirlər.

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi Azər Əliyevin rəhbərlik edəcəcyi münsiflər heyəti 10 ballıq (ən yüksək 10 bal, ən aşağı 1 bal) qiymətləndirmə sistemindən istifadə edəcəklər.  Birinci, ikinci ( iki qalib) üçüncü (üç qalib) yerin qaliblərinə pul mükafatı və diplom veriləcək. Müsabiqədə iştirak edən hər kəsə “iştirakçı sertifikatı” təqdim olunacaq. Müsabiqədə iştirak edən fotoqrafların işlərindən ibarət fotosərgi də keçiriləcək.

Qeyd edək ki, müsabiqədə mükafata layiq görülmüş işlər Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin mülkiyyətinə çevrilir və MOK-un fondunda saxlanılır.

8 Avqust 2022 17:16 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə