Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir. 9-cu turda kişilərdən ibarət komandamız Hindistan şahmatçıları ilə heç-heçə (2:2) oynayıb. Qadın yığmamız isə Monqolustan komandasını 2,5:1,5 hesabı ilə məğlub edib.
Bu barədə "Xalq qəzeti"nə Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bu gün keçiriləcək 10-cu turda kişilərdən (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov) və qadınlardan (Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova) ibarət komandalarımız Ermənistan şahmatçıları ilə mübarizə aparacaqlar.

Doqquz turdan sonra hər iki komandamızın aktivində 14 xal var və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıblar.

8 Avqust 2022 12:44 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə