Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lənkəran Olimpiya Kompleksində Gənc Alimlərin Yay Düşərgəsinə start verilib - FOTO

Gənclər və İdman Nazirliyi və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Lənkəran Olimpiya Kompleksində Gənc Alimlərin Yay Düşərgəsinə start verilib.

Bu barədə "Xalq qəzeti"nə Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Düşərgənin proqramına əsasən ilk gündə rəsmi açılış tədbiri baş tutub, daha sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən gənclərə “Fövqəladə hallarda davranış qaydaları”, Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən isə “İlk tibbi yardım” mövzusunda əyani-praktik təlim keçirilib. Gün ərzində gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün intelektual-əyləncəli oyunlar, idman yarışları, müsabiqələr təşkil edilib.

Düşərgə müddətində gənclər üçün “tənqidi düşüncə”, “beynəlxalq təqaüdlər”, “gənc alimlərin fərdi və intelektual inkişafı”, “təqdimat bacarıqlarının təkmilləşdirilməsi”, “akademik tədqiqatların nəticələrinin elmimetrik bazalarda işıqlandırılması” və s. bu kimi mövzularda təlim, mühazirə, seminar, debat, ustad dərslərinin keçirilməsi nəzərdə tutulub.

8 Avqust 2022 20:36 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə