Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xaçmazda yeyniyetmə və gənclərin yay texno düşərgəsi keçirilib - FOTO

Xaçmaz Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə yeyniyetmə və gənclərin yay texno düşərgəsi keçirilib.

Bu barədə "Xalq qəzeti"nə Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Düşərgənin proqramına əsasən XXI əsrin çağırışlarına cavab verən ixtisaslar üzrə - mühəndislik, süni zəka, robotexnika, sahibkarlıq və dron texnologiyası bacarıqların artırılması istiqamətində təlimlər keçirilib. 

Düşərgədə Bakı, Gəncə, Sumqayıt, Şirvan, Şəki, Balakən və Zaqatala rayonlarından şəhid və qazi övladları, bir çox yerli və beynəlxalq yarışların qalıbləri olmaqla 60 yeniyetmə və gənc iştirak edib.

8 Avqust 2022 20:52 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə