Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Goranboyda “Gənclərin Məşğulluğu” adlı düşərgənin 2-ci növbəsi uğurla başa çatıb

Goranboy rayonunda “Gənclərin Məşğulluğu” adlı düşərgənin 2-ci növbəsi uğurla başa çatıb. Düşərgə çərçivəsində gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində müxtəlif mövzularda təlimlər, idman, intellektual yarışlar, əyləncəli oyunlar təşkil olunaraq keçirilib.

Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, “Narkomaniya və onun törətdiyi fəsadlar”, “Erkən nikah” kimi həssas mövzularla bağlı iştirakçılarla diskussiyalar aparılıb.

2-ci növbə iştirakçıları Gəncə şəhərinin tarixi məkanlarına səfər etmiş, Goranbay rayonunda yerləşən Gilan Knauf zavodunun, Evalar şirkətinin, Mingəçevir şəhərində yerləşən Tekstil fabrikinin istehsal prosesləri ilə  tanış olublar.

8 Avqust 2022 12:30 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə