Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa çempionatında yarışacaq Azərbaycan ağırlıqqaldıranları bəlli olub

10-18 avqust tarixlərində Polşanın Raşin şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından "Xalq qəzeti"nə verilən məlumata görə, yarışda 36 ölkədən 393 nəfər (192 qız, 201 oğlan) atlet iştirak edəcək.

Onların arasında Azərbaycan yığma komandasının üzvləri də olacaq. Birinciliyə məşqçi Oqtay Muxtarovun rəhbərliyi altında Azərbaycanın 5 idmançısı qatılacaq. Onlar aşağıdakılardır:

U-15

Qızlar: Zəhra Niftəliyeva (71 kq)

Oğlanlar: Turan Əliyev (61 kq)

U-17

Qızlar: Rahilə Hüseynzadə (81 kq)

Oğlanlar: Qasım İsmayılov (61 kq), Ravin Alməmmədov (67 kq)

8 Avqust 2022 17:51 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə