Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayır

Avqustun 8-də Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesinə başlanılır.

Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb seçimi prosesinə isə avqustun 11-də start veriləcək.

Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır. Qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.

8 Avqust 2022 11:49 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə