Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sahil Babayev və Fərid Qayıbov boks millisinin məşqini izləyib - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Boks Federasiyasının (ABF) fəaliyyəti ilə tanış olub. O, burada yaradılan şəraitlə maraqlanıb və Boks Mərkəzinə baxış keçirib.

Bu barədə "Xalq qəzeti"nə ABF-nin Mətbuat xidmətindən məlumat verilib.

ABF prezidenti Sahil Babayevlə birgə kişi və qadınlardan ibarət milli komandaların məşqini izləyən Fərid Qayıbov idmançılar və məşqçilərlə görüşüb, hazırlıq prosesləri ilə bağlı fikir mübadiləsi aparıb. Görüşdə boksçuların beynəlxalq yarışlara hazırlığı müzakirə edilib, yığma komandaların ölkə xaricində daha da inamlı çıxışı üçün tövsiyələr verilib.

Görüşdə ABF-in İdarə Heyətinin üzvləri və rəsmiləri iştirak ediblər.

8 Avqust 2022 18:49 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə