Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN Sabunçu rayonunda baş vermiş yanğını söndürüb

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində, ümumi sahəsi 50 m² olan qarajda taxtadan ibarət rəflər, ev əşyaları, 1 ədəd kondisioner və 4 ədəd soyuducu qismən yanıb.

Bu barədə "Xalq qəzeti"nə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Qarajın qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

8 Avqust 2022 11:35 -

Köhnə versiyamızdan xəbərləri izlə