Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİN: Həftə sonu ölkə ərazisində qeydə alınan 87 cinayətin açılması təmin olunub

Avqustun 6-da və 7-də ölkə ərazisində qeydə alınan 87, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 32, o cümlədən borclu şəxs qismində axtarılan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən yeddi yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı bir fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb.

8 Avqust 2022 11:17 -

Köhnə versiyamızdan xəbərləri izlə