Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mahir Məmmədov yenidən FIDE-nin vitse-prezident seçilib

Hindistanın Çennai şəhərində təşkil olunan 44-cü Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) konqresi keçirilib. Ali şahmat qurumunda konqresin son günündə rəhbər vəzifələrə seçkilər reallaşıb.

Azərbaycan Şahmat Federasiyasından "Xalq qəzeti"nə bildiriblər ki, namizədlərin çıxışlarından sonra FIDE prezidenti və üç vitse-prezident postuna seçkilər keçirilib. Ən çox səs toplayan FIDE-nin hazırkı prezidenti Arkadi Dvorkoviç 157 səslə seçkidə qalib gəlib və növbəti 4 il müddətinə ali şahmat qurumunun rəhbəri kimi işini davam etdirmək imkanı qazanıb.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, hindistanlı dünya çempionu Vişvanatan Anand növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçiliblər.

7 Avqust 2022 19:27 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə