Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Antonio Quterreş artan nüvə təhlükəsindən narahatdır

“Nüvə silahından istifadə təhlükəsi indi dünya­da getdikcə aktuallaşır”. “İnterfaks” agentliyinin yaydığı məlumata görə, bunu BMT-nin Baş katibi Antonio Quterreş dünən Xirosimada ABŞ qoşunları tərəfindən şəhərin atom silahı ilə bombalamasının 77-ci ildönümünə həsr olunmuş tədbirdəki çıxışı zamanı söyləyib.

Baş katib deyib: “İnsanlıq dolu silahlarla oyna­yır”. A.Quterreşin sözlərinə görə, hazırda təhdidedici nüvə çalarları ilə böhranların sürətlə yayılması müşahidə olunur. O, Yaxın Şərq, Kore­ya yarımadası və Ukrayna ətrafındakı vəziyyəti xatırladıb.

Baş katib daha əvvəl Nyu-Yorkda Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə İcmal Konfransında oxşar na­rahatlığı dilə gətirmişdi. O, həmçinin bəşəriyyətin Xirosima­nın bombalanmasından dərs çıxarıb-çıxarmaması ilə bağlı suala cavab tapa bilmədiyini açıqlamışdı.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

6 Avqust 2022 23:54 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
11 Avqust 2022 | 23:34
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə