Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kanada Ukraynanın nüvə təhlükəsizliyi üçün 6 milyon dollar ayırıb

Kanadanın BMT-dəki daimi nümayəndəliyi bildirib ki, Kanada Ukraynanın nüvə təhlükəsizliyi üçün 6 milyon dollar ayırmağı qərara alıb. Bu barədə UNİAN agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ayrı­lan vəsaitin 1 milyon dolları MAQATE üçün nəzərdə tutulub. 5 milyon dollar isə qey­ri-qanuni nüvə daşınmalarının aşkarlanmasına sərf ediləcək.

Xatırladaq ki, 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Ukrayna ərazisində 1700 nüvə başlığı qalmışdı. Bu arsenal Ukraynanı planetin üçüncü ən böyük nüvə dövlətinə çevir­mişdi. Lakin Ukrayna yalnız 1994-cü ilə qədər bu statusda qaldı, sonra isə bütün nüvə silahlarını “könüllü olaraq” Rusiyaya verdi.

Ekspertlər qeyd edirlər ki, Ukrayna nüvə silahını verməyi açıq-aşkar istəmirdi. Lakin ABŞ siyasətçiləri ukraynalıların nüvə silahlarına nəzarət etmək qabiliyyətinə şübhə ilə yanaşır­dılar və onun Şərqi Avropada yayılmasına qəti şəkildə qarşı idilər.

Ukrayna, Belarus və Qa­zaxıstanın tərksilah edilməsi ABŞ-ın vasitəçiliyi ilə baş tutdu. Məhz Vaşinqton gənc respublikaları strateji silahlar­dan əl çəkməyə sövq edən əsas gücə çevrildi. Beləliklə, Ukrayna Belarus və Qazaxıs­tan ilə birlikdə 1994-cü ildə Budapeşt Memorandumunu imzalamağa məcbur edildi.

Sənədə əsasən, nüvə silahından imtinaya görə Ukrayna müəyyən iqti­sadi imtiyazlar, eləcə də təhlükəsizlik zəmanətləri əldə etdi. Üç böyük dövlət – ABŞ, Böyük Britaniya və Rusiya Ukraynanı nüvə hücumundan qorumağa, həmçinin Kiyevə qarşı hər hansı güc tətbiq etməyəcəklərini söz verdilər.

Oxşar zəmanətləri bir müddət sonra Fransa və Çin də verdi. Bu gün Uk­raynada çoxları “Budapeşt Memorandumu”nun imzalan­masını səhv addım hesab edirlər və sənədə imza atanları qınayırlar.

M.HACIXANLI, “Xalq qəzeti”

 

6 Avqust 2022 23:49 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
11 Avqust 2022 | 23:34
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə