Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Meliorasiya və Su Təsərrüfatı” ASC-də rayonlarda pambıq sahələrinin su təminatı mövzusunda növbəti videokonfrans keçirilib

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-də sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə respublikanın rayonlarında pambıq sahələrinin su təminatı mövzusunda növbəti videokonfrans keçirilib.

ASC-dən verilən məlumata görə, konfransda pambıq sahələrinin su ilə təminatının mövcud hesabatı təqdim edilib, rayonlar üzrə suvarmanın təşkilində yara­nan çətinliklərlə bağlı müzakirələr aparılıb. Videokonfransda səhmdar cəmiyyətin şöbə və sektor müdirləri, həmçinin rayonların yerli istismar idarələrinin rəhbərləri iştirak ediblər.

İclasda cəmiyyətin sədr müavini Zakir Quliyev pambıq sahələrinin suvarılmasının daim nəzarətdə saxlanılması, bu sahədə yerli Dövlət Aqrar İnkişaf Mərkəzləri və pambıq­çılıq şirkətləri ilə əlaqəli işin təşkili, mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə əkin sahələrinin vaxtında suvarma suyu ilə təmin olunması və hazırda suvarma­nın təşkilində mövcud çətinliklərin vaxtında aradan qaldırılması ilə bağlı müvafiq tapşırıq­lar verilib.

“Xalq qəzeti”

6 Avqust 2022 23:28 -

Köhnə versiyamızdan xəbərləri izlə